Malidə İl-76 qəzaya uğrayıb - VİDEO

Malidə İl-76 qəzaya uğrayıb - VİDEO
# 23 sentyabr 2023 18:12 (UTC +04:00)

Malinin şimal-şərqində İl-76 təyyarəsi qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə “France24” məlumat yayıb.

Məlumata əsasən, təyyarə Qao hava limanına məcburi eniş edib və sonra alovlanıb. Qəzaya uğrayan təyyarənin TZ98 nömrəli reyslə insan və avadanlıqlar daşıdığı bildirilib.

Bəzi mənbələr təyyarənin Mali Hərbi Hava Qüvvələrinə məxsus olduğunu, bəziləri isə onun BMT üçün uçuş həyata keçirən Belarus yük aviaşirkətinə aid olduğunu bildirir.

Ölən və xəsarət alanlar barədə məlumat yoxdur. Hazırda əraziyə cəlb olunmuş qüvvələr tərəfindən təyyarədəki şəxslərin xilas edilməsi üçün işlər aparılır və hadisənin baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR