Birləşmiş Millətlər Təşkilatının Malidəki missiyasının (MINUSMA) yeddi sülhməramlısı yola qoyulmuş əldəqayırma partlayıcının işə düşməsi nəticəsində yaralanıb.
APA-nın xəbərinə görə, bu barədə missiyanın “Twitter” səhifəsində məlumat verilib.
"Xəsarət alanlara lazımi tibbi yardım göstərilir", - missiyanın kommünikesində deyilir.
Hadisə Duenza şəhərindən 34 km şimalda baş verib. Yaralı sülhməramlıların şəxsiyyəti və vətəndaşlığı barədə məlumat verilmir.