Malinin şimal-şərqində yaraqlıların iki hücumu nəticəsində azı 49 mülki şəxs və 15 hərbçi həlak olub.
APA-nın məlumatına görə, bu barədə cümə axşamı “Reuters” agentliyi ölkənin müvəqqəti hökumətinin milli televiziyada verdiyi bəyanata istinadən məlumat yayıb.
Səlahiyyətlilərin məlumatına görə, hücumlardan biri hərbi düşərgəyə, digəri isə gəmiyə qarşı olub.