Bank Of Baku

Malidə terrorçuların hücumu nəticəsində 4 hərbçi ölüb, 14-ü yaralanıb

Malidə terrorçuların hücumu nəticəsində 4 hərbçi ölüb, 14-ü yaralanıb
# 15 noyabr 2021 06:10 (UTC +04:00)

Malinin cənub-qərbində törədilən terror aktı nəticəsində 4 hərbçi həlak olub, 14 hərbçi yaralanıb.

APA xəbər verir ki, bu barədə Malinin mÜdafiə Nazirliyi məlumat yayıb.

Hadisə Kulikoro bölgəsində baş verib.

Hücum edən silahlı terror qruplaşmasının 6 üzvü öldürülüb.

Üç yaralı əsgərin vertolyotla hadisə yerindən təxliyə edildiyi bildirilib.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi həlak olanların ailələrinə başsağlığı verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR