Bank Of Baku

Mərakeş sahil mühafizəsi 845 miqrantı xilas edib

Mərakeş sahil mühafizəsi 845 miqrantı xilas edib
# 19 iyul 2023 07:45 (UTC +04:00)

Mərakeşin Dəniz Qüvvələri sahil mühafizə gəmiləri 845 miqrantı xilas ediblər.

APA xəbər verir ki, bu barədə "Maghreb Arabe Presse" xəbər agentliyi məlumat verib.

Qeyd olunub ki, xilas olunanlar 10-17 iyul tarixini əhatə edir.

Xilas edilmiş miqrantlar müxtəlif millətlərin nümayəndələridir. Əsasən Saharanın cənubunda yerləşən Afrika ölkələrindən gəlirlər.

Miqrantların 400-ü Mərakeşin cənub bölgələri yaxınlığındakı sulardan xilas edilib.

Şimali və Tropik Afrika ölkələrindən Avropaya köçməyə çalışan qanunsuz miqrantlar Cəbəllütariq boğazından keçməyə çalışır.

Mərakeş uzun illərdir ki, onlar üçün tranzit ölkədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR