Mərakeşin Kral Dəniz Sahil Mühafizəsi Atlantik okeanı sahili boyunca 56 qeyri-qanuni miqrantı xilas edib.
APA xəbər verir ki, bu barədə "Maghreb Arabe Press" xəbər agentliyi məlumat yayıb.
Xilas edilən miqrantların hamısı Saxaradan gəlib.
Onlara ilkin tibbi yardım göstərildikdən sonra Tan-Tan limanına aparılaraq Kral Jandarmasına təhvil verilib.