Bank Of Baku

Mərakeşdə zəlzələdə ölənlərin sayı 2900-ə yaxınlaşır - YENİLƏNİB-1

Mərakeşdə zəlzələdə ölənlərin sayı 2900-ə yaxınlaşır - YENİLƏNİB-1
# 11 sentyabr 2023 23:14 (UTC +04:00)

Mərakeşdə zəlzələdə ölənlərin sayı 2 862 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə “Asharq News” agentliyi məlumat yayıb.

Yaralı sayı 2 600-ə çatır.

***

19.06

Mərakeşdə zəlzələdə ölənlərin sayı artır.

APA "Al Arabiya" telekanalına istinadən xəbər verir ki, zəlzələdə ölənlərin sayı 2 681 nəfərə çatıb.

***

14:40

Mərakeşdə zəlzələdə ölənlərin sayı 2 497 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə “Asharq News” agentliyi məlumat yayıb.

Qeyd edək ki, sentyabrın 9-na keçən gecə Mərakeşdə 7 maqnitudalı zəlzələ baş verib. Zəlzələnin episentri Mərakeş şəhərindən 77 km uzaqlıqda, 10 km dərinlikdə olub. Yeraltı təkanlar paytaxt Rabatdan cənubda yerləşən Sidi-İfni şəhərinə qədər 400 km radiusda hiss olunub. Mərrakeş şəhərində bir neçə yaşayış binası və müxtəlif tikililər uçub.

Fəlakət zonasında axtarış-xilasetmə işləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR