Mərkəzi Afrika Respublikasının Prezidenti dövlət çevrilişinin baş verdiyi Qabona səfər edib

Mərkəzi Afrika Respublikasının Prezidenti dövlət çevrilişinin baş verdiyi Qabona səfər edib
# 06 sentyabr 2023 06:48 (UTC +04:00)

Mərkəzi Afrika Respublikasının Prezidenti Faustin-Archange Touadera dövlət çevrilişinin baş verdiyi Qabonda olub.

APA xəbər verir ki, Qabonun “Media Time” xəbər portalının məlumatına görə, Touadera bazar ertəsi keçid dövrünün prezidenti kimi and içmiş general Bris Oligi Nguema ilə görüşüb. Görüşün təfərrüatları barədə məlumat verilmir.

Touadera Qabona Mərkəzi Afrika Dövlətlərinin İqtisadi Birliyinin (ECOCAS) vasitəçisi kimi gəlib. ECOCAS-ın sentyabrın 1-də keçirilən sammitində Mərkəzi Afrika Respublikasının Prezidenti Qabonda konstitusiya quruluşunun tezliklə bərpasına nail olmaq üçün hərbçilərlə danışıqlar aparmaq mandatı alıb. Birlik sentyabrın 4-də bu ölkənin üzvlüyünü dayandırıb.

Qeyd edək ki, Qabonun bir qrup yüksək rütbəli hərbi məmuru avqustun 30-da milli televiziya ilə xalqa müraciətində hakimiyyəti ələ aldıqlarını elan ediblər. Avqustun 26-da üçüncü müddətə namizədliyini irəli sürən Əli Bonqo Ondimbanın qalib gəldiyi seçkilərin nəticələri isə ləğv olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR