Misir HAMAS-ın hücumu ilə bağlı İsraili xəbərdar etməsinə dair xəbərləri təkzib edib

Misir HAMAS-ın hücumu ilə bağlı İsraili xəbərdar etməsinə dair xəbərləri təkzib edib
# 11 oktyabr 2023 13:54 (UTC +04:00)

Misir HAMAS-ın hücumu ilə bağlı İsraili qabaqcadan xəbərdar etməsi ilə bağlı xəbərləri təkzib edib.

APA "Egypt Today"a istinadən xəbər verir ki, bu barədə Misir hökumətində təmsil olunan yüksək səviyyəli rəsmi mənbə bildirib.

Mənbə Misirin müharibənin başlamasına 10 gün qalmış İsraili böyük əməliyyatla bağlı xəbərdar etdiyini təkzib edib.

Xatırladaq ki, İsrail mediası bu həftənin əvvəlində Misir kəşfiyyatının anonim rəsmisinə istinadən məlumat yayıb ki, Misirin Kəşfiyyat Nazirliyi İsrail hökumət başçısını HAMAS-ın İsrailə qarşı hücuma hazırlaşması ilə bağlı xəbərdar edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR