Misirdə polis binası yanıb - VİDEO

Misirdə polis binası yanıb - VİDEO
# 02 oktyabr 2023 08:47 (UTC +04:00)

İsmailiyyə şəhərində Misir polisinə məxsus binada yanğın baş verib.

APA-nın məlumatına görə, yanğın nəticəsində səkkizmərtəbəli binanın əksər hissəsi yanıb.

Misirin Youm7 nəşri Mülki Müdafiə Qüvvələrinin yanğını nəzarət altına almağa çalışdığını yazır. Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR