Misirin Matruh əyalətindəki ticarət mərkəzində baş verən yanğın nəticəsində azı 30 nəfər xəsarət alıb.
APA xəbər verir ki, bu barədə Al-Masry Al-Youm portalı məlumat yayıb.
Zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilib, onlarda boğulma əlamətləri var. Yanğının qarşısı alınıb. Yanğının səbəbləri barədə məlumat verilməyib.