Mozambik və Malavidə son sutka ərzində “Freddi” tropik siklonu nəticəsində azı 15 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə Malavi İqlim Dəyişikliyi və Meteoroloji Xidmətlər Departamenti məlumat yayıb.
Bildirilib ki, təbii fəlakət nəticəsində itkin düşənlər var, sayları dəqiqləşdirilir.
Siklon nəticəsində 4 nəfər Mozambikin mərkəzi hissəsində, 11 nəfər isə Malavinin ən böyük maliyyə mərkəzi olan Blantir şəhərində həyatını itirib.
Qeyd olunduğu kimi siklon artıq 8000 km yol qət edib.