Mozambikdə güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 4 nəfər ölüb.
APA-nın məlumatına görə, bu barədə “Frans Press” agentliyi Mozambikin Risklər və Fəlakətlər üzrə Milli Bürosunun məlumatlarına istinadən məlumat yayıb.
Daha 14 min insan sürüşmə təhlükəsi səbəbindən evlərindən təxliyə edilib.
Afrikanın cənub-şərqində artıq üçüncü gündür yağan güclü yağışlar sel və torpaq sürüşməsinə səbəb olur.