Liviyanın sabiq lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.
APA-nın “Libya Alahrar” telekanalına istinadən verdiyi məlumata görə, Seyf əl-İslam sənədlərini Sebha şəhərində yaradılmış seçki komissiyasına təqdim edib.
Qeyd edək ki, Liviyada prezident seçkiləri dekabrın 24-də keçiriləcək.
Müəmmər Qəddafinin oğlu prezidentliyə namizədliyini irəli sürüb
© APA | Seyf əl-İslam, Müəmmər Qəddafinin oğlu
14 noyabr 2021 14:23 (UTC +04:00)