Niger hərbçiləri ölkə prezidenti Məhəmməd Bazumun vəzifədən uzaqlaşdırıldığını, dövlətin sərhədlərinin bağlandığını bildiriblər.
APA xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
"Niger hərbçiləri milli televiziyada çıxış edərək prezident Bazumun uzaqlaşdırıldığını, sərhədlərin bağlandığını söyləyib", - agentlik bildirib.