Bank Of Baku

Niger ordusuna fransız qüvvələrini izləmək əmri verilib

Niger ordusuna fransız qüvvələrini izləmək əmri verilib
# 04 sentyabr 2023 05:16 (UTC +04:00)

Niger ordusunun əlavə qüvvələri Niameydəki fransız hərbçilərinin bazasına göndərilib.

APA xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, Niger ordusunun döyüşçülərinə fransız qüvvələrini izləmək əmri verilib.

Avqustda Nigerdə hakimiyyətə gələn üsyançılar Fransa ilə hərbi razılaşmaları pisləyib, fransız qüvvələrin ölkədən çıxarılmasını tələb ediblər. Fransa bu tələbi tanımayıb. Çünki Parisin yeganə qanuni tanıdığı Nigerin keçmiş hakimiyyət orqanları ilə ordunun yerləşdirilməsinə dair sazişlər bağlanmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR