Niger Prezident Qvardiyasının rəisi özünü dövlət başçısı elan edib

Niger Prezident Qvardiyasının rəisi özünü dövlət başçısı elan edib
# 29 iyul 2023 00:41 (UTC +04:00)

Niger Respublikasında baş verən çevrilişdən sonra prezident qvardiyasının rəhbəri general Əbdürəhman Tiani özünü ölkənin yeni lideri adlandırıb.

APA-nın xarici KİV-ə istinadən verdiyi məlumata görə, general cümə günü dövlət televiziyasında çıxış edərkən titrlərdə onun hərbi şuranın, Vətənin Müdafiəsi üzrə Milli Şuranın prezidenti olduğu göstərilib.

Tiani ölkədə geniş yayılmış korrupsiyanı, zəif idarəçilik və təhlükəsizlik problemlərini pisləyib. O əlavə edib ki, Niger beynəlxalq tərəfdaşlığa hörmətlə yanaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR