Fransa Afrika ölkələrində yerləşdirilmiş hərbi kontingentini cəlb etməklə Nigerdə sabitliyi pozmaq planını həyata keçirməyə hazırlaşır.
APA xəbər verir ki, bu barədə Niameydə çevrilişdən sonra yaradılmış Vətəni Xilasetmə Milli Şurasının rəsmi nümayəndəsi polkovnik Amadu Abdraman bildirib.
Frans-Presin məlumatına görə, bundan əvvəl üsyançılar Fransanı ölkənin hava məkanını pozmaqda ittiham ediblər.