Bank Of Baku

Nigerdə jurnalistlər hücuma məruz qalıblar

Nigerdə jurnalistlər hücuma məruz qalıblar
# 01 avqust 2023 04:33 (UTC +04:00)

Nigerdə ​​ jurnalistlər paytaxtda hərbi qiyam fonunda nümayişləri işıqlandırarkən hücuma məruz qalıblar.

APA xəbər verir ki, bu barədə “Sərhədsiz Reportyorlar” (RSF) məlumat yayıb.

30 iyul çevrilişinə dəstək yürüşünü işıqlandırarkən, “TV5 Monde”nin müxbiri Ann-Fler Lespyo və “Le Figaro”nun müxbiri Stanislas Puaye “fransız jurnalistlərin iştirakına aqressiv şəkildə qarşı çıxan nümayişçilərdən çoxlu şifahi təhdidlər aldığını” deyib.

İki gün öncə naməlum şəxslər “Nigeriya Demokratiya və Sosializm Uğrunda Partiya – Taraya” prezident partiyasının mətbuat konfransını işıqlandıran yerli televiziya və radio yayımçısı “Anfani”nin jurnalistlərinə hücum edib, həmçinin “Bonferey” telekanalının kamerasını zədələyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR