Nigeriya hökuməti G20-yə qoşulmağın mümkünlüyünü nəzərdən keçirir

Nigeriya hökuməti G20-yə qoşulmağın mümkünlüyünü nəzərdən keçirir
# 04 sentyabr 2023 17:32 (UTC +04:00)

Nigeriya hökuməti “Böyük iyirmiliyə” (G20) qoşulmağın mümkünlüyünü nəzərdən keçirir.

APA xəbər verir ki, bu barədə Nigeriya Prezidentinin mətbuat katibi məlumat verib.

Məlumata əsasən, G20-yə qoşulmaq barədə qərar məsləhətləşmələrdən sonra veriləcək və hökumət müvafiq olaraq üzvlük üçün müraciət edib-etməmək barədə son qərarı açıqlayacaq.

Həmçinin əlavə olunub ki, Nigeriya hökuməti xarici dövlətlərdən borc almaqdansa, xarici şirkətləri ölkəyə sərmayə qoymağa təşviq etməkdə maraqlıdır.

Qeyd edək ki, ötən ilin 1 dekabrından etibarən Hindistan G20-yə sədrlik edir. Qurumun növbəti iclası 9-10 sentyabr tarixlərində Yeni Dehlidə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR