Nigeriya prezidenti Bola Tinubu Olavale Edunu maliyyə naziri və iqtisadiyyat üzrə əlaqələndirici nazir təyin edib.
APA xəbər verir ki, bu barədə Reuters prezident administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Edun prezidentin ən yaxın məsləhətçilərindən biridir və o, əvvəllər dövlət başçısının seçkiqabağı proqramının hazırlanmasında iştirak edib.
Tinubu mayın 29-da Nigeriya prezidenti vəzifəsinin icrasına başlayıb, lakin ölkənin yeni hökumətinin tərkibi hələ müəyyən edilməyib.