Nigeriyada 10 silahlı dəstə üzvü zərərsizləşdirilib

Nigeriyada 10 silahlı dəstə üzvü zərərsizləşdirilib
# 13 noyabr 2023 04:14 (UTC +04:00)

Nigeriyda silahlı qruplaşamalara qarşı əməliyyat keçirilib.

APA xəbər verir ki, ordunun ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Musa Yahaya açıqlama verib.

Əməliyyatda 10 silahlı dəstə üzvünün öldürüldüyü açıqlanıb.

Nigeriya son vaxtlar ölkənin müxtəlif bölgələrində silahlı şəxslərin, eləcə də terror təşkilatları "Boko Haram" və "ISWAP"ın hücumları ilə üzləşib.

Kaduna əyalətində ötən il silahlı qruplar tərəfindən həyata keçirilən hücumlarda 937 nəfər həyatını itirib, 1972 nəfər qaçırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR