Nigeriyada naməlum silahlı şəxslər Sokoto ştatında bazara hücum edib.
APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, 200-ə qədər silahlı motosikletlərlə bazara daxil olub, satıcılara atəş açıblar.
Nəticədə 19 nəfər həyatını itirib. Yerli “Vanguard” nəşri bazarın atəşə tutulması nəticəsində 20 nəfərin öldüyünü yazıb.
Silahlılar ərzaq götürüb bazardan uzaqlaşıblar.
Nigeriyada bazara hücum olub, 20 nəfər öldürülüb
10 oktyabr 2021 19:17 (UTC +04:00)