Nigeriyada Boko Haram silahlıları 40 nəfəri öldürüb

Nigeriyada Boko Haram silahlıları 40 nəfəri öldürüb
# 01 noyabr 2023 23:24 (UTC +04:00)

Nigeriyanın şimal-şərqindəki Yobe əyalətində bir kənddə iki gün ərzində ən azı 40 nəfər Boko Haram silahlıları tərəfindən öldürülüb.

APA-nın xəbərinə görə, bu barədə ştat polisinin sözçüsü Əbdülkərim Dunqus məlumat verib.

Qeyd edək ki, Qərbi Afrikadakı ən böyük radikal islamçı terror qruplaşması olan Boko Haram 2002-ci ildə Nigeriyanın şimalında yaranıb. 2015-ci ildə Nigeriya hökumət qüvvələri onu böyük məğlubiyyətə uğradıb və nəzarəti altında olan ərazini xeyli azaldıb.

Elə həmin il Boko Haramda parçalanma baş verdi, silahlı strukturların bir hissəsi “İslam Dövləti” terror qruplaşmasına qoşulduqlarını elan edərək “Qərbi Afrikada İslam Dövləti” adını aldılar. Onlar da vaxtaşırı qonşu dövlətlərin - Kamerun, Niger, Çad ərazilərinə hücumlar həyata keçirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR