Nigeriyada Boko-Haram terror təşkilatının 151 üzvü zərərsizləşdirilib

Nigeriyada Boko-Haram terror təşkilatının 151 üzvü zərərsizləşdirilib
# 15 sentyabr 2023 02:50 (UTC +04:00)

Nigeriya ordusunun son iki həftə ərzində ölkənin şimal-şərqində keçirdiyi əməliyyatlarda Boko-Haram terror təşkilatının 151 üzvü zərərsizləşdirilib.

APA xəbər verir ki, bu barədə Nigeriya Müdafiə Nazirliyinin mətbuat katibi Eduard Buba brifinqdə bildirib.

Onun sözlərinə görə, onlarla terrorçu yaralı halda qaçıb.

Əməliyyatda 456 Boko-Haram üzvünün saxlanıldığı və terrorçulara aid qənimətlərin ələ keçirildiyi bildirilib.

Terror qruplaşaması 2015-ci ildən bəri Kamerun, Çad və Nigeryida hücumlar törədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR