Bank Of Baku

Nigeriyada qəbilələrarası toqquşmada 45 nəfər həlak olub

Nigeriyada qəbilələrarası toqquşmada 45 nəfər həlak olub
# 22 dekabr 2021 02:45 (UTC +04:00)

Nigeriyanın Nasarava ştatında qəbilələrarası toqquşmada 45 nəfər həlak olub.

APA-nın xəbərinə görə, hadisə ştatın maldarlar məskunlaşmış mərkəzi ərazisində baş verib.
Tiv tayfasının bir çobanı öldürməsinə cavab olaraq Pel tayfası silaha əl atıb. 2 gün davam edən toqquşmalarda 45 nəfər həlak olub. Çox sayda adam itkin düşdüyü üçün ölənlərin dəqiq sayı bilinmir.

Qeyd edək ki, biri maldar, digəri əkinçi olan bu tayfalar arasında ziddiyyətlər yüz ildən çoxdur davam edir. Lakin son 3 ildə silahlı qarşıdurmalar daha ciddi fazaya keçib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR