Bank Of Baku

Nigerli ​​üsyançılar: Ölkəyə qarşı hərbi müdaxilə hazırlanır

Nigerli ​​üsyançılar: Ölkəyə qarşı hərbi müdaxilə hazırlanır
# 07 avqust 2023 05:38 (UTC +04:00)

Niger üsyançılarının ali orqanı olan Vətənin Qurtuluşu Milli Şurası ölkəyə qarşı xarici təcavüzün hazırlanması ilə bağlı bəyanat yayıb.

APA xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalına məlumat yayıb.

Bəyanatda “xarici dövlətin” Nigerə hücum etmək niyyəti olduğu iddia edilir. Lakin bu dövlətin adı çəkilmir.

Şura mümkün müdaxiləyə hazırlaşdığını qeyd edib. O, Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) ultimatumunun müddətinin başa çatmasına baxmayaraq, addımlarından əl çəkməyəcəyini də vurğulayıb.

Bundan əlavə, onlar ölkənin hava məkanını bağladıqlarını açıqlayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR