Bank Of Baku

Putin Afrikanın 6 ölkəsinə pulsuz taxıl ixracına söz verib

Putin Afrikanın 6 ölkəsinə pulsuz taxıl ixracına söz verib
# 27 iyul 2023 14:09 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Afrikaya taxıl ixracında Ukraynanı əvəz edə biləcəyini deyib.

APA xəbər verir ki, bu barədə Vladimir Putin Sankt-Peterburqda keçirilən Afrika ölkələrinin liderlərinin iştirak etdiyi Rusiya-Afrika sammitində bildirib.

Onun sözlərinə görə, Rusiya Afrikaya taxıl ixracında Ukraynanı əvəz edə bilər və Moskva üç-dörd ay ərzində altı ölkəyə pulsuz taxıl tədarük etməyə hazırdır.

Putin bu altı ölkə siyahısında Burkina-Faso, Zimbabve, Mali, Somali, Mərkəzi Afrika Respublikası və Eritreyanın adını çəkib. Rusiya Prezidenti əlavə edib ki, onların hər biri 25-50 min ton taxıl əldə edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR