Bank Of Baku

Qahirədə bina çöküb, 12 nəfər ölüb - YENİLƏNİB

Qahirədə bina çöküb, 12 nəfər ölüb - YENİLƏNİB
# 18 iyul 2023 01:47 (UTC +04:00)

Misirin paytaxtı Qahirə şəhərində yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 12-yə çatıb.

APA xəbər verir ki, bu barədə Misirin Səda Əl-Balad telekanalı təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, dağıntılar altından üç uşağın meyiti çıxarılıb. Daha əvvəl 8 nəfərin öldüyü bildirilirdi.

Hadisə paytaxtın şimal hissəsində yerləşən Hadaiq əl-Kobba bölgəsində baş verib. Hadisə yerinə xilasedicilər cəlb olunub və dağıntıları təmizlənməsi davam edir. Yaralılar yerli xəstəxanaya çatdırılıb.

Baş Prokurorluğun məlumatına görə, binanın çökməsi ilə bağlı 3 nəfər saxlanılıb. Onların arasında binanın birinci mərtəbəsinin sahibi də var. İlkin araşdırmaya görə ki, qəzaya səbəb evin birinci mərtəbəsindəki əsas divarlardan birinin uçması olub

***

18.58

Misirin paytaxtı Qahirədə yaşayış binası çöküb, ölənlər var.

APA MENA agentliyinə istinadən xəbər verir ki, Qahirənin mərkəzindən şimalda beş mərtəbəli yaşayış binasının çökməsi nəticəsində 9 nəfər ölüb.

Xilasetmə qrupları dağıntıların altından 4 nəfəri sağ çıxarıb.

Misirin Sosial Həmrəylik Nazirliyi qurbanların ailələrinin hər birinə 1940 dollar kompensasiya veriləcəyini bildirib.

Rəsmilər yaralıların da yardım alacağını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR