Reuters: Zimbabvenin hazırkı prezidenti ikinci müddətə yenidən seçilib

Reuters: Zimbabvenin hazırkı prezidenti ikinci müddətə yenidən seçilib
# 27 avqust 2023 02:44 (UTC +04:00)

Zimbabvenin hazırkı prezidenti Emmerson Mnanqaqva iknci müddətə yenidən seçilib.

APA Reuters agaentliyinə istinadən xəbər verir ki, bu barədə Seçki Komissiyası açıqlama yayıb.

Komissiyanın məlumatına görə, Mnanqaqva səslərin hesablanması nəticəsində 52,6 faiz, onun əsas rəqibi Nelson Çamisa isə 44 faiz səs toplayıb.

Çamisanın rəhbərlik etdiyi müxalif "Dəyişiklik Naminə Vətəndaş Koalisiyası" partiyası, seçkilərin nəticələrini tanımadığını söyləyib.

Avqustun 23-də ölkədə prezident və parlament seçkiləri keçirilib.

Daha sonra səsvermə bəzi məntəqələrdə qeydə alınan prosedur pozuntuları ilə əlaqədar bir gün uzadılıb.

Zimbabvenin prezidenti postu uğrunda 11 namizəd mübarizə aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR