Ruandanın iki gündür davam edən leysan yağışlarının səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində 127 nəfər həyatını itirib.
APA xəbər verir ki, bu barədə ölkənin fövqəladə halların idarə edilməsi naziri Marie Solange Kayisire məlumat verib.
Sel və torpaq sürüşməsindən sonra axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edən nazir bir çox evin yararsız hala düşdüyünü, əkinçilik sahələrinə xeyli ziyan dəydiyini bildirib.
O, bir çox insanın evlərində qapalı şəraitdə qalmaq səbəbindən həyatlarını itirdiyini qeyd edib.
Ruandalı nazir fəlakətdən ən çox zərər çəkmiş bölgələrdə ehtiyacı olanlara çadırların verilməyə başlanıldığını açıqlayıb.
Ruanda Meteorologiya Xidməti may ayında mövsüm normalarının üzərində yağıntıların ölkənin bir çox bölgəsinə təsir edəcəyini də açıqlayıb.