Bank Of Baku

Sabahdan İtaliya və Liviya arasında aviaəlaqə bərpa edilir

Abdel Hamid Dbeyba, Liviya Milli Birlik Hökumətinin Baş naziri

© APA | Abdel Hamid Dbeyba, Liviya Milli Birlik Hökumətinin Baş naziri

# 23 iyul 2023 18:19 (UTC +04:00)

Sabahdan 10 illik fasilədən sonra İtaliya və Liviya arasında aviaəlaqə bərpa edilir.

APA-nın “Al-Wasat” portalına istinadən verdiyi xəbərə görə, bunu bu gün Liviya Milli Birlik Hökumətinin Baş naziri Abdel Hamid Dbeyba bildirib.

Baş nazir qeyd edib ki, Tripoli və Roma arasında təyyarə reyslərinin yenidən başlaması digər ölkələrlə hava məkanının açılmasına yol açan bir addımdır.

Abdel Hamid Dbeyba rəhbərlik etdiyi hökumətin Roma və Benqazi arasında aviaəlaqənin bərpasına çalışacağını da söyləyib.

Qeyd edək ki, iyulun 9-da Abdel Hamid Dbeyba İtaliya hökumətinin son 10 ildə Liviyadan təyyarə uçuşlarına qoyulan qadağanın aradan qaldırılması barədə qərar qəbul etdiyini açıqlamış, bu qərarın qəbulu ilə bağlı dəstəyinə görə İtaliya Baş naziri Georgia Meloniyə təşəkkür etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR