Seneqalın Tivauan şəhərində xəstəxanada yanğın baş verib.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Seneqal prezidenti Makki Sal məlumat verib.
Onun sözlərinə görə, baş verən yanğında ən azı 11 yeni doğulmuş körpə ölüb.
“Tivauandakı xəstəxananın neonatologiya şöbəsində baş verən yanğında 11 yeni doğulmuş körpənin öldüyü barədə xəbər məni odqca dəhşətə gətirdi”, - deyə o “Twitter” səhifəsində yazıb.
Dövlət başçısı həlak olan uşaqların ailələrinə başsağlığı verib.