Seneqalda miqrantları daşıyan qayıq aşıb.
APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qayıq Kafountine kəndindən İspaniyanın Kanar adalarına gedən qeyri-qanuni miqrantları daşıyırdı.
Saint-Luis şəhəri sahillərində çevirilən qayıqda 8 nəfər ölüb.
Qayıqda ümumilikdə 60 nəfərin olduğu bildirilib.