Somalidə Efiopiya əsgərləri ilə Əl-Şəbab qruplaşmasının yaraqlıları arasında döyüş başlayıb

Somalidə Efiopiya əsgərləri ilə Əl-Şəbab qruplaşmasının yaraqlıları arasında döyüş başlayıb
# 17 sentyabr 2023 18:34 (UTC +04:00)

Somalinin qərbində Efiopiya hərbçiləri ilə radikal Əl-Şəbab qruplaşmasının yaraqlıları arasında şiddətli döyüş baş verib.

APA xəbər verir ki, bu barədə Reuters agentliyi hərbi toqquşmanın baş verdiyi ərazidə Rab Dhure şəhərinin sakinlərinə istinadən məlumat yayıb.

Agentlik qeyd edir ki, döyüş ağır silahlardan istifadə edilməklə aparılıb. Rab Dhure Somali ilə Efiopiya sərhədində yerləşir.

Öz növbəsində Somali xəbər portalı Garowe xəbər verir ki, Efiopiya ordusunun karvanı pusquya düşüb və hər iki tərəfdən itkilər olub. Somalinin digər xəbər portalı Somali Guardian isə 167 efiopiyalı əsgərin öldürüldüyünü yazır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR