Bank Of Baku

Somalidə hotelə hücum zamanı 20 nəfər ölüb

Somalidə hotelə hücum zamanı 20 nəfər ölüb
# 21 avqust 2022 01:35 (UTC +04:00)

Somalinin paytaxtı Moqadişoda hotelə hücum olub.

APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, silahlı şəxslərlə təhlükəsizlik qüvvələri arasında bir neçə saat atışma baş verib.

Hadisə nəticəsində 20 nəfər ölüb.

Ölənlərin çoxunun mülki şəxslər olduğu güman edilir.

Hücum zamanı 40-a yaxın insan xəsarət alıb, onlardan 5 nəfərinin vəziyyəti ağırdır.

ABŞ-ın Somalidəki səfirliyi “Twitter” səhifəsində hücumu qətiyyətlə pislədiyini bildirib. Səfirlik həlak olanların ailələrinə başsağlığ verib, hücumu törədənlərin dərhal məsuliyyətə cəlb olunmasını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR