Somalidə leysan yağış nəticəsində 100-dən çox adam ölüb

Somalidə leysan yağış nəticəsində 100-dən çox adam ölüb
# 30 noyabr 2023 01:09 (UTC +04:00)

Somalidə təxminən iki həftədir davam edən leysan yağış və daşqın nəticəsində ölənlərin sayı artıb.

APA xəbər verir ki, bu barədə Somali prezidenti Həsən Şeyx Mahmud dövlət televiziyasına verdiyi açıqlamada bildirib.

Mahmudn həyatını itirənlərin sayının 101-ə yüksəldiyini bildirib.

Daşqınlardan 2 milyon 500 min insanın zərər çəkdiyini bildirən Mahmud, 1 milyondan çox insanın köç etmək məcburiyyətində qaldığını vurğulayıb.

Daşqın nəticəsində 4 min heyvanı tələf olub, 140 min ev dağılıb.

Son illərin ən şiddətli quraqlığını yaşayan Somali və Keniya iqlim dəyişikliyindən ən çox təsirlənən ölkələr sırasındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR