Bank Of Baku

Somalidə partlayışlarda ölənlərin sayı 121-ə çatıb

Somalidə partlayışlarda ölənlərin sayı 121-ə çatıb
# 02 noyabr 2022 14:43 (UTC +04:00)

Somalinin paytaxtı Moqadişo şəhərində baş vermiş partlayışlar nəticəsində ölənlərin sayı 121-ə yüksəlib.

APA xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Əli Hacı Adan “Dalsan” radiosuna müsahibəsi zamanı deyib.

Nazir həmçinin qeyd edib ki, partlayışlar nəticəsində 333 nəfər yaralanıb.

Xatırladaq ki, “Aş-Şabab” terror qruplaşmasının üzvləri olan kamikadzelər oktyabrın 29-u səhər saatlarında Somalinin paytaxtı Moqadişonun mərkəzində, Təhsil Nazirliyinin binası önündə 2 ədəd içi partlayıcı maddə ilə dolu olan maşın partladıb.

“Hadisədə xəsarət alanlardan 142 nəfəri hazırda xəstəxanalardadır. Onların arasında 4 nəfərin vəziyyəti kritikdir və yaxın saatlarda müalicə almaq üçün Türkiyəyə aparılacaqlar”, – nazir əlavə edib.

Həmçinin əlavə edilib ki, bu hadisə 2017-ci ildən indiyə qədər baş vermiş ən böyük terror hadisəsidir. Belə ki, 2017-ci ildə “Safari” otelin yaxınlığında baş vermiş 2 partlayış nəticəsində 587 nəfər həyatını itirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR