Somalidə terror hücumu nəticəsində 7 nəfər ölüb

Somalidə terror hücumu nəticəsində 7 nəfər ölüb
# 30 sentyabr 2023 06:04 (UTC +04:00)

Somalinin paytaxtında çay dükanında terrorçu-kamikadze partlayış törədib, azı 7 nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə “Reuters”ə yerli polisdən məlumat verilib.

Qeyd olunub ki, partlayış parlamentə və prezident ofisinə gedən yolun kənarındakı dükanda baş verib və əsgərlər tez-tez həmin dükana gəlirlərmiş.

Polisin nümayəndəsi Sadik Əli partlayışı törədənin “Əl-Qaidə” ilə əlaqəli “Əl-Şəbab” qruplaşmasının üzvü olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR