Bank Of Baku

Sudan hava məkanında uçuşlara qoyulan məhdudiyyətləri uzadıb

Sudan hava məkanında uçuşlara qoyulan məhdudiyyətləri uzadıb
# 31 iyul 2023 07:17 (UTC +04:00)

Sudanın Mülki Aviasiya İdarəsi ölkənin hava məkanında uçuşlara qoyulan məhdudiyyətlərin uzadılması barədə qərar qəbul edib.

APA xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı Xartum Beynəlxalq Hava Limanına istinadla məlumat yayıb.

Məlumata görə, hava məkanının bağlanması avqustun 15-dək uzadılıb. İstisna evakuasiya, eləcə də humanitar yardımla həyata keçirilən uçuşlardır.

Respublikada yaranmış vəziyyətlə əlaqədar aprelin 22-dən uçuş məhdudiyyətləri tətbiq edilib və o vaxtdan bəri dəfələrlə uzadılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR