Bank Of Baku

Sudan MN silahlı toqquşma zamanı 6 zabitin öldüyünü açıqlayıb

Sudan MN silahlı toqquşma zamanı 6 zabitin öldüyünü açıqlayıb
# 09 avqust 2023 16:18 (UTC +04:00)

Sudanın ən böyük şəhərlərindən biri olan Omdurmanda baş verən silahlı toqquşma zamanı 6 zabit öldürülüb.

APA xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, xüsusi təyinatlılarla döyüşlərdə ordunun kəşfiyyat xidmətinin 6 zabiti öldürülüb və sıravi əsgərlər arasında da əhəmiyyətli itkilər var.

Xatırladaq ki, Omdurman şəhərində şiddətli toqquşmalar baş verib və Sudan ordusu şəhərin cənubunda, həmçinin qərbində xüsusi təyinatlı qüvvələrinin mövqelərinə artilleriya zərbələri endirib.

Dünən xüsusi təyinatlı qüvvələrin sözçüsü bildirib ki, Sudan ordusu 174 hərbçi itirib, 300-dən çox yaralı var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR