Bank Of Baku

Sudan ordusu Xartumdakı əsas hərbi bazaya nəzarəti ələ keçirib

Sudan ordusu Xartumdakı əsas hərbi bazaya nəzarəti ələ keçirib
# 03 sentyabr 2023 13:46 (UTC +04:00)

Sudan ordusu paytaxt Xartumun cənubunda yerləşən ölkənin zirehli qüvvələrinin əsas bazasına tam nəzarəti ələ keçirib.

APA xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, Xartumun cənubundakı Əl-Şəcər bölgəsində perimetr boyu zirehli bazanın təhlükəsizliyi təmin edilib, əlavə olaraq xüsusi təyinatlılar ətraf ərazilərdən çıxarılıb.

Hələlik xüsusi təyinatlılar məlumatla bağlı rəsmi açıqlama verməyib.

Məlumata görə, Sudan silahlı qüvvələri paytaxtdakı xüsusi təyinatlı qüvvələrin mövqelərinə hava zərbələri endirməkdə davam edir və artilleriya atəşi səsləri də eşidilir. Omdurman şəhərində də şiddətli döyüşlər gedir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR