Sudan Çevik Reaksiya Qüvvələri (xüsusi təyinatlılar) ölkə konstitusiyasını və xalqını qorumaq üçün silahlı qüvvələr sıralarına qoşulmağa qarşı deyil.
APA xəbər verir ki, bu barədə bazar günü xüsusi təyinatlılar komandirinin müşaviri Fares əl-Nur “Al Arabiya” telekanalına verdiyi şərhdə bildirib.
“Bizim konstitusiyanın və mülki əhalinin müdafiəsi üçün ordu ilə inteqrasiyaya etirazımız yoxdur. Biz ordunu əvəz edə bilmərik ordu”, - deyə əl-Nur bildirib.
O, xüsusi təyinatlıların komandanlığının məqsədinin ölkədə demokratik keçidi və mülki hökumətin formalaşdırılmasını təmin etmək olduğunu vurğulayıb.