Sudanın cənub-şərqində, Əl-Cəzirə əyalətindəki avtomobil şosesində mikroavtobus qəzaya uğrayıb. Nəticədə azı 8 nəfər ölüb, 13 nəfər xəsarət alıb.
APA xəbər verir ki, bu barədə “Xinhua” xəbər agentliyi yerli polisə istinadən məlumat yayıb.
Məlumata görə, mikroavtobus Əl-Kamlin şəhəri yaxınlığında yük maşını ilə toqquşub. Bildirilir ki, qəzaya səbəb sürücülərin sürət həddini aşmasıdır.