Sudanda silahlı münaqişənin tərəfləri - Sudan ordusu və çevik müdaxilə qüvvələri (xüsusi təyinatlılar) şənbə günü 7 günlük müddətə humanitar atəşkəsə razılaşıblar.
APA-nın xəbərinə görə, bu barədə “Al Arabiya” telekanalı məlumat verib.
Ordu və xüsusi təyinatlılar Səudiyyə Ərəbistanının Ciddə şəhərində humanitar atəşkəsə dair saziş imzalayıblar. Sənəd, imzalandıqdan 48 saat sonra qüvvəyə minəcək.