Bank Of Baku

Sudanda toqquşmalarda ölənlərin sayı 185-ə çatıb - YENİLƏNİB-1

Sudanda toqquşmalarda ölənlərin sayı 185-ə çatıb - YENİLƏNİB-1
# 18 aprel 2023 05:58 (UTC +04:00)

Birləşmiş Millətlər Təşkilatı Baş katibinin Sudandakı xüsusi nümayəndəsi Volker Pertez, Sudanda ordu ilə xüsusi təyinatlı qüvvələrin arasında baş verən qarşıdurmalarda 185 nəfərin həyatını itirdiyini, 1800-dən çox mülki vətəndaş və hərbçinin isə yaralandığını açıqlayıb.

APA xəbər verir ki, Pertez BMT-nin Nyu-Yorkdakı binasında videokonfrans vasitəsilə jurnalistlərin suallarını cavablandırıb.

Şənbə günü səhər saatlarında başlayan qarşıdurmaların davam etdiyini qeyd edən Pertez, Sudan xalqının əsas ehtiyaclarını qarşılamaq üçün bir neçə saatlıq çox qısamüddətli atəşkəs razılaşması əldə etdiklərini bildirib. “Biz hər iki tərəfi münaqişəni dərhal dayandırmağa çağırırıq. Hər iki tərəf BMT təşkilatlarını, səfirlikləri və tibb müəssisələrini qorumalıdır. Çox ciddi pozuntular baş verir. Hər iki tərəf vasitəçilik və ya sülh istəmir. Hər iki tərəf digərinin təslim olmasını gözləyir”, -deyə Pertez bildirib.

***

18.04.2023

Saat 21:55

Sudanda hərbi əməliyyatların başlanmasından bəri 180-dən çox insan ölüb.

APA xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı BMT baş katibinin xüsusi nümayəndəsinə istinadən xəbər yayıb.

Qeyd olunub ki, toqquşmalarda 1800 nəfər yaralanıb.

***

Saat 10:15

Sudanda ölkə ordusunun bölmələri ilə xüsusi təyinatlılar arasında davam edən silahlı toqquşmalar nəticəsində ölənlərin sayı 100-ə çatıb.

APA xəbər verir ki, bu barədə “France24” agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, ölkənin bəzi xəstəxanalarında yaralıların müalicəsi üçün vacib tibbi ləvazimatlar, qan, dərmanlar və s. tükənmək üzrədir.

Sudanın bir sıra əyalətlərində hazırda toqquşmalar və atışmalar davam edir.

Ölkədə vəziyyət getdikcə daha da kəskinləşir, tərəflər humanitar dəhlizlərin açılmasına razılıq versələr də, danışıqlara və hərbi əməliyyatların dayandırılmasına hazır olduqlarını bəyan etmirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR