Sudanın ikinci böyük şəhəri Omdurmanda Ordu və xüsusi təyinatlı qüvvələr arasında toqquşmada 24-ü dinc sakin olmaqla, 29 nəfər ölüb.
APA-nın xəbərinə görə, bu barədə “Al Jazeera” telekanalı yerli həkimlərə istinadən məlumat yayıb.
Bundan əvvəl bu şəhərdə 11 nəfərin öldüyü açıqlanmışdı.
Ümumilikdə ölkədə silahlı toqquşmalar nəticəsində onlarla insan ölüb, yüzlərlə insan xəsarət alıb.
***
saat 07.58
Sudanda toqquşmalar nəticəsində ölənlərin sayı 56-ya çatıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Həkimlər Komitəsi "Twitter" hesabında paylaşım edib.
Bildirilib ki, toqquşmalarda 595 nəfər yaralanıb.
Təkcə Xartumda 25 nəfər həlak olub, 302 insan yaralanıb. Ölənlər arasında həm mülki şəxslər, həm də hərbçilər var.
***
Saat 01:55
Sudanda baş verən toqquşmalarda 25 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə Reuters məlumart yayıb.
Hadisədə 183 nəfər yaralanıb.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bazar ertəsi, aprelin 17-də Sudanda vəziyyətin gərginləşməsini müzakirə edəcək.