Sudanda münaqişə vəziyyətində olan ordu və yarımhərbi birləşmələr bazar günündən etibarən 72 saatlıq atəşkəs haqqında razılığa gəliblər.
APA xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Səudiyyə Ərəbistanı Krallığı və Birləşmiş Ştatlar Sudan Silahlı Qüvvələri və çevik reaksiya qüvvələrinin nümayəndələrinin bütün ölkədə atəşkəs üçün razılıq əldə etdiklərini bildirib. Atəşkəs bazar günü səhər saat 6-da qüvvəyə minir.
Qeyd edək ki, Sudanda vəziyyət Suveren Şuraya rəhbərlik edən ordu komandanı Əbdül-Fəttah əl-Burhan ilə onun Şuradakı müavini olan çevik reaksiya qüvvələrinin rəhbəri Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılığı səbəbindən gərginləşib.