Bank Of Baku

Sudanda xüsusi təyinatlılar ölkənin keçmiş prezidenti əl-Bəşirin olduğu xəstəxananı atəşə tutub

Sudanda xüsusi təyinatlılar ölkənin keçmiş prezidenti əl-Bəşirin olduğu xəstəxananı atəşə tutub
# 16 iyul 2023 18:49 (UTC +04:00)

Sudanın Çevik Reaksiya Qüvvələri (Xüsusi Qüvvələr) bazar günü keçmiş prezident Ömər əl-Bəşirin qaldığı Omdurmandakı xəstəxana binasına bir neçə zərbə endirib.

APA xəbər verir ki, Əl-Cəzirə telekanalının həkimlərə istinadən verdiyi məlumata görə, atəş nəticəsində azı 5 nəfər yaralanıb.

Öz növbəsində, Al Hadath kanalı mənbələrə istinadən xəbər verir ki, əl-Bəşir və onun rejiminin tibb müəssisəsində saxlanılan funksionerləri xəsarət almayıb.

Hələlik çevik reaksiya qüvvələrindən rəsmi şərh alınmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR