Bank Of Baku

Sudanda xüsusi təyinatlıların Fransa səfirliyinin konvoyuna hücum etdiyi bildirilib

Sudanda xüsusi təyinatlıların Fransa səfirliyinin konvoyuna hücum etdiyi bildirilib
# 23 aprel 2023 13:22 (UTC +04:00)

Sudanın çevik reaksiya qüvvələri (xüsusi təyinatlılar) vətəndaşları təxliyə etmək üçün Fransa səfirliyinin təşkil etdiyi konvoya hücum edib.

APA xəbər verir ki, bu bəyanatı bazar günü Sudan ordusu verib.

“Əl-Ərəbiyyə” telekanalı Sudan Silahlı Qüvvələrinin bəyanatından sitat gətirib: “Xüsusi təyinatlılar təxliyyə zamanı Fransa səfirliyinin konvoyuna hücum edib.

Al Hadath telekanalı isə xəbər verir ki, ordunun məlumatına görə, diplomatik nümayəndəliyin binası yaxınlığında baş verən atışma nəticəsində bir fransız yaralanıb.

Xüsusi Təyinatlı Qüvvələr də öz növbəsində rəsmi Twitter səhifəsində yerləşdirdiyi bəyanatda insidentdə Sudan ordusunu günahlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR